Əsas məzmuna keç

Türkiyənin müdafiə naziri Zəfər Günündə Bakıda

Türkiyə milli müdafiə naziri Yaşar Gülər 8 Noyabr – Zəfər Günündə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabındakı paylaşımında qeyd olunub.

Bildirilib ki, naziri Bakıda Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Y. Güleri səfəri zamanı Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunlarının komandanı, ordu generalı Metin Tokel müşayiət edirlər.


Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…