Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun nümayəndələri ilə görüş keçirilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Xidmətinin məlumatında deyilir.
Qeyd edilir ki, görüşdə hər iki ölkədə daşınmaz əmlakın qeydiyyatı və kadastr sahələrində görülmüş işlər barədə məlumat verilib, həyata keçirilən qarşılıqlı səfərlərin, geniş təcrübə mübadiləsinin mühüm rolu qeyd edilib.
Tərəflər arasında daşınmaz əmlakın, xüsusilə torpaqların idarəedilməsi, daşınmaz əmlakın kadastrı və reyestri, o cümlədən geodeziya və xəritəçəkmə sahələrində təcrübə və informasiya mübadiləsinin aparılması, Azərbaycanda 3D kadastr sisteminin tətbiqi üzrə əməkdaşlığın genişləndirilməsi və s. məsələlər müzakirə edilib.
Aprelin 11-dək ölkəmizdə səfərdə olacaq Türkiyə nümayəndə heyəti ilə sahəvi mövzularla bağlı görüşlər keçirilir.