Türkiyənin Zəfər bayramı Bakıda qeyd olundu – səfirlikdə rəsmi qəbul

Türkiyənin 30 Avqust – Zəfər bayramı münasibətilə ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub.

“Tezadlar” xəbər verir ki, qəbulda Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev fəxri qonaq qismində iştirak edib.

Bununla yanaşı, qonaqlar arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, digər ölkələrin Azərbaycandakı səfirləri, Bakıda fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri yer alıblar.

Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçən Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xəbəri paylaş