10 Aprel 2025 / 14:51

TV efirini otellə dəyişik salan Nüşabə Musayeva ərinə xəyanət etdiyindən danışdı və…

Ötən gün Space TV-də yayımlanan “Tarixin bir günü” verilişində müğənni olduğunu deyən Nüşabə Musayeva adlı xanım ərinə xəyanət etdiyini açıq şəkildə və gülə-gülə, xüsusi təbəssümlə dedi… Aparıcı isə ona dəstək verib əlavə suallar yağdırdı, sanki qadın xəyanətindən ləzzət alırdı…

Xanımın belə bir əməlini TV efirindən danışması sosial mediada qınağa tuş gəlib… Amma dəqiq deyirəm ki, onda günah yoxdur. Xanım bu TV efirini və o verilişin çəkildiyi studiyanı o məşhur otel var eyyy, onunla dəyşik saldığından belə deyib, yoxsa, and olsun o aparıcının mikrofonuna, Nüşabə xanım heç vaxt elə sözü efirdən deməzdi.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!