Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ali Məhkəmə teleməkanda şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması ilə bağlı qərarlar qəbul edə bilər. Tezadlar.az xəbər verir ki, bunu Ali Məhkəmənin Kollegiyasının sədri Sənan Hacıyev bu gün mayın 2-də Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forumda deyib. Onun sözlərinə görə, media məkanında şəxslərin şərəf və ləyaqətinin müdafiəsi məsələlərinə müəyyən qədər diqqət ayrılsa da, təəssüf ki, vətəndaşların şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirri kimi konstitusion hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də ürəkaçan deyil: “Xüsusilə televiziya verilişlərində bu hüquqlara qanunazid müdaxilə adət halı alıb. Bütün bunlar nəzərə alınaraq bu istiqamətdə müvafiq hüquqi tənzimləmənin həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda Ali Məhkəmə tərəfindən mühüm qərarların qəbulu nəzərdə tutulub”.