Əsas məzmuna keç

ÜÇ AYLIQ KÖRPƏ ATASININ QUCAĞINDAN DÜŞƏRƏK ÖLÜB

Leninqrad vilayətinin Volxov rayonunun Kolçanovo kəndində ata ehtiyatsızlıq üzündən üç aylıq körpəsini qucağından yerə salaraq onun ölümünə səbəb olub.

Hadisə barədə REN TV-dəki mənbə məlumat verib.

Hadisə avqustun 29-da baş verib.

“Körpə atasının əlindən yıxılıb, vəziyyəti ağır olmaqla xəstəxanaya aparılıb, lakin ölüb”, – mənbə bildirib.

Məlum olub ki, uşağın atasının 21, anasının isə 18 yaşı var. Hər ikisi heç yerdə işləmir.

Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə ehtiyatsızlıqdan adamın ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb. Adamdan yeri tərk etməmək barədə yazılı öhdəlik götürüblər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…