Əsas məzmuna keç

Ucarda kütləvi zəhərlənmə faktı qeydə alındı

Ucarda kütləvi zəhərlənmə halı qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”ya verilən məlumata görə, 30.12.2025-ci il tarixində saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…