Əsas məzmuna keç

Ucarda sirkə turşusundan zəhərlənən şəxs ölüb

Sirkə turşusundan zəhərlənən Ucar sakini ölüb.

Tezadlar.az-ın xəbərinə görə, hadisə rayonun Rəstəcə kəndində baş verib.

Kənd sakini, 39 yaşlı Elvin Abdullayev zəhərlənmə əlamətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, zərərçəkən xəstəxanada müaliçə olmaqdan imtina edib və o, xəstəxanadan çıxdıqdan bir neçə saat sonra evində ölüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…