UÇQUN RİSKİ OLAN QAYA PARÇALARI ƏRAZİDƏN GÖTÜRÜLÜR

Xəbər verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri müvafiq tədbirlərin görülməsinə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, hazırda Nazirliyin qüvvələri tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülərək yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

R.XUDATQIZI

Xəbəri paylaş