Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Dekabr 2025 / 21:25

Ukrayna 20 bəndlik sülh sənədini tamamlayır

Sabah “istəklilər koalisiya”sının görüşü olacaq.

Tezadlar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında bildirib.

“Biz gələcək təhlükəsizliyin təmin edilməsi və Rusiya təcavüzünün təkrar olunmaması üçün çox məhsuldar işləyirik. Bu həftə hamımız üçün mühüm xəbərlər gətirə və müharibənin sonunu yaxınlaşdıra bilər”, – o yazıb.

Zelenski qeyd edib ki, bu gün ABŞ tərəfi ilə Ukraynanın müharibədən sonrakı bərpası və iqtisadi inkişaf prosesini detallı şəkildə izah edəcək sənəd barədə danışıq planlaşdırılıb.

Onun sözlərinə görə, eyni zamanda Ukrayna müharibənin başa çatma parametrlərini müəyyən edə biləcək 20 bənddən ibarət fundamental sənəd üzərində işi tamamlayır. Kiyev yaxın vaxtlarda bu sənədi ABŞ-yə, Prezident Donald Trampın komandası və Avropa tərəfdaşları ilə birgə işlədikdən sonra təqdim etməyi planlaşdırır.

Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsi üzrə “istəklilər koalisiya” toplantısı Fransa və Böyük Britaniyanın sədrliyi ilə keçiriləcək. Harada və hansı formatda keçiriləcəyi açıqlanmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!