Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla Ukrayna pilotsuz təyyarələrinin tədarükü ilə bağlı milyardlarla dollar dəyərində razılaşma əldə etdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
“Biz razılaşdıq ki, onlar bizdən pilotsuz təyyarələr alacaqlar. Belə bir razılaşma var”, – Zelenski ABŞ-ın Kiyevdən pilotsuz təyyarələr almağa hazır olması barədə deyib.
Onun sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Rustem Umerov, Ukraynanın müdafiə naziri Denis Şmıqal və prezidentin strateji məsələlər üzrə ştatdankənar müşaviri Aleksandr Kamışinə Ukrayna pilotsuz təyyarələrinin ABŞ-a tədarükü ilə bağlı 30 milyard dollar dəyərində saziş hazırlamaq tapşırılıb.
Bundan əvvəl “The Telegraph” Trampın vəd etdiyi “Patriot” sistemlərindən birinin Ukraynaya gəldiyini yazıb. Nəşrin məlumatına görə, bütün Avropa ölkələrinin Kiyevlə öz hava hücumundan müdafiə sistemlərini bölüşməyə hazır olmadığı vurğulanır.
E.ŞİRİNOV