Rusiyanın son raket hücumları Zelenskini ABŞ-dən 10 ədəd “Patriot” zenit-raket kompleksini (ZRK) 15 milyard dollara almağa məcbur etdi. Lakin nədənsə Vaşinqton “Patriot”u satmaqdan imtina edir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News” telekanalına müsahibəsində belə bildirib. Sitat: “Bizə bəzi şəhərləri müdafiə etmək üçün ən azı 10 “Patriot” sistemi lazımdır, bu isə 15 milyard dollardır. Biz bu 15 milyard dolları ödəməyə hazırıq”.
V.Zelenskinin sözlərinə görə, Ukrayna avropalı tərəfdaşların hesabına ABŞ-dən hava hücumundan müdafiə sistemlərini və digər silahları almaq niyyətindədir. “Bizim hava hücumundan müdafiə sistemlərimiz yoxdur. Bizə lazım olan yeni silahlarla bağlı paketi Birləşmiş Ştatlara təqdim etmişik. Bu paketi almağa hazırıq. Biz müvafiq paketləri bizimlə birlikdə maliyyələşdirməyə hazır olan avropalı tərəfdaşlarla müzakirə etmişik”.
Müharibə isə davam edir.
A.Məmmədli