Əsas məzmuna keç

UKRAYNA Aİ-DƏN MİQRASİYA QAYDALARINI SƏRTLƏŞDİRMƏYİ XAHİŞ EDİB

Kiyev hakimiyyəti Avropa İttifaqının rəsmilərini gələcəkdə ittifaq çərçivəsində miqrasiya qaydalarını sərtləşdirməyə və bununla da ukraynalı qaçqınların Ukraynaya qayıtmasını asanlaşdırmağa çağırır.

Bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazır.

Nəşrin yazdığına görə, Ukrayna hakimiyyəti gələn il daha çox Ukrayna vətəndaşının vətənlərinə qayıtmasını təmin etmək üçün Avropa rəsmiləri ilə danışıqlar aparır.

“Gələcək qaydaların sərtləşdirilməsi üçün Ukrayna tərəfindən müəyyən təzyiqlər var”, – nəşr yazır.

Bundan əvvəl Estoniyanın daxili işlər naziri Lauri Laanemets ölkədə yaşayan səfərbərlik yaşında olan Ukrayna vətəndaşlarının Ukraynaya mümkün qayıdışı məsələsinin mürəkkəb olduğunu bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…