5 Noyabr 2025 / 11:29

Ukrayna Azərbaycanla əməkdaşlığı vacib şərt sayır…

Ukraynalı sahibkarlar Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə böyük maraq göstərir. Tezadlar.az xatırladır ki, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev mediaya belə deyib: “Ötən il ikitərəfli ticarətin artımını qeyd etdik. Müsbət dinamikamız var. Hər iki tərəfin işgüzar dairələrinin ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə böyük marağını görürük. Ümid edirik ki, ikitərəfli ticarətimiz artacaq. Bizim böyük marağımız var. Birgə layihələrimiz var, Ukrayna iqtisadiyyatına investisiyaların artımını müşahidə edirik. Bizim gələcəklə bağlı çox aydın baxışımız var. Bu ilin iyulunda Hökumətlərarası Komissiyanın məhsuldar iclası keçirildi. Müxtəlif sektorlarda, o cümlədən humanitar sahə, təhsil, enerji və bir çox digər sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün birgə yol xəritəmiz, birgə fəaliyyət planımız var”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!