Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Ukrayna bütün ərazilərini qaytarmağa hazırlaşır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times”a müsahibəsində deyib.
“Biz texnologiya baxımından geridəyik, ona görə də hücum edə bilmirik. Daha çox itki verəcəyik və insanlar mənim prioritetimdir”, – deyə V.Zelenski bildirib.
O əlavə edib ki, Qərb sanksiyaları Moskvanın mövqeyinə əslində təsir göstərməyib və qələbə döyüş meydanında əldə edilməlidir.
Ukrayna lideri, eyni zamanda Putinlə sülh danışıqlarına hazır olduğunu vurğulayıb.
V.Zelenski həmçinin qeyd edib ki, Rusiya ilə danışıqlar yalnız fevralın 24-dək olan sərhədlərə qayıdış olarsa, mümkündür.
E.ŞİRİNOV