Əsas məzmuna keç

UKRAYNA CƏBHƏDƏ XEYLİ İRƏLİLƏMƏKDƏDİR

“Ukraynanın müdafiə qüvvələri tədricən Berdyansk və Melitopol istiqamətində irəliləyir, eyni zamanda, ruslar şərqdə bir neçə istiqamətdə hücuma keçirlər”.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Maliar məlumat verib. Onun sözlərinə görə, Rusiya qüvvələri bir neçə istiqamətdə – Avdiivka, Liman və Marinkada hücuma keçib və Svatovski istiqamətində irəliləyib: “Orada şiddətli döyüşlər gedir. Düşmən Beloqorovka, Serebriankaya hücum edir. Vəziyyət kifayət qədər çətindir”.

Rusiya Müdafiə Nazirliyi də bu hücumların dəf edildiyini bildirən məlumatlar paylaşmaqdadır. Müharibə isə davam edir…

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…