3 Dekabr 2025 / 08:06

Ukrayna danışıqlarında Putinin bu sualları cavabsız qalır və…

Sən demə, ucsuz- bucaqsız Rusiya çöllərinin kənd və şəhərləri insansız qalmaqda ikən, Rusiya rəhbərliyi Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlarda mübahisə doğuran əsas müddəa olaraq Ukraynanın Donetsk vilayətinin Kiyevin nəzarətində olan 20% ərazisinə göz dikib. Bəs bu qədər acılara, ölüm və dağıntılara dəyərdimi??? Tezadlar.az Reuters- ə istinadla xatırladır ki, elə ABŞ-ın dövlət katibi Marko Rubio da mediaya müsahibəsində bu barıdı danışıb. Sitat: “Hazırda sözün əsl mənasında mübahisə etdikləri təqribən 30-50 kilometrlik bir ərazi və Donetsk vilayətinin 20%-i (Ukraynanın nəzarəti altında) qalır. Biz anlamağa çalışdıq və hesab edirəm ki, biz müəyyən irəliləyiş əldə etdik, ukraynalılar nə ilə yaşaya bilər, onların gələcək təhlükəsizliyinə nə zəmanət verəcək”.

Qeyd: dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə 5 saatdan çox davam edən görüşü baş tutub. Əsas mövzu Ukraynada nizamlanma olub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Amerika sülh planının dörd sənədində yer alan təkliflərin mahiyyəti müzakirə olunub.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!