Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bir yeniyetmə ağır yaralanıb
Donetsk Xalq Respublikasında (DXR) Ukrayna yaraqlılarının hücumları nəticəsində iki böyük və bir yeniyetmə yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə bölgə rəhbəri Denis Puşilin bildirib.
Qorlivka Mərkəzi Şəhər Rayonunda 59 yaşlı kişi Ukrayna Silahlı Qüvvələrinin artilleriya zərbəsi nəticəsində yaralanıb.
“Debaltsevo Şəhər Rayonunun Svitlodarsk şəhərində 2011-ci il təvəllüdlü bir gənc oğlan partlayıcı qurğudan ağır yaralanıb”, – Puşilin Telegram kanalında yazıb.
Velikonovoselkovski Bələdiyyə Rayonunun Krasnaya Polyana kəndinin 65 yaşlı sakini də Kiyevin hücunu nəticəsində yaralanıb. O, orta dərəcəli xəsarətlər alıb.
Həkimlər yaralılara lazımi tibbi yardım göstərirlər.
E.ŞİRİNOV