Müstəntiqlər qadının yaralandığı Kursk vilayətinin Belovski rayonunda ukraynalı yaraqlıların mülki avtomobilə hücumundan sonra terrorçuluqla bağlı cinayət işi açıb.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
“Ukraynalı yaraqlıların hərəkətləri istintaq tərəfindən terror aktı kimi tövsif edilib (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin “a”, “b” bəndləri). Bu və buna bənzər cinayətlərdə iştirak edən Ukrayna silahlı birləşmələrinin nümayəndələri müəyyən ediləcək”, – o bildirib.
Müəyyən edilib ki, Ukrayna hərbçiləri 2025-ci il mayın 7-də partlayıcı qurğu quraşdırılmış FPV pilotsuz uçuş aparatından istifadə edərək Kursk vilayətinin Belovski rayonunun Krivitskiye Budı kəndində mülki avtomobilə qəsdən hücum ediblər. Hücum nəticəsində gənc qadın qəlpə yaraları alıb. O, xəstəxanaya yerləşdirilib.
O, hərbi müstəntiqlərə cinayətin baş vermə şəraiti barədə danışıb. Onun sözlərinə görə, o, mağazadan evə gedirdi və maşın sürərkən tarlada onun avtomobilini izləyən pilotsuz uçan aparatı görüb və onun yanında partlaş olub.
E.ŞİRİNOV