Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya 9 may Paradına hazırlaşır… Amma Zelenski fərqli düşünür və deyib ki, Ukrayna dronları Moskvada 9 May paradında uça bilər… Ən maraqlısı, Ukrayna Prezidenti bu gün İrəvanda 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında belə deyib. Sitat: “Rusiya 9 May paradı elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun illərdən sonra ilk dəfədir ki, onlar paradda silah nümayiş etdirə bilmirlər. Ukrayna dronları da həmin parad üzərində uça bilər”.
Zelenski qeyd edib ki, bu il Moskva paradında hərbi texnikanın nümayiş olunmaması Rusiyanın əvvəlki illərlə müqayisədə gücünün nə qədər azaldığını göstərir. Onun sözlərinə görə, bu yay Rusiya Prezidenti Vladimir Putin müharibənin gələcək istiqaməti barədə qərar verməli olacaq, ya müharibəni davam etdirmək, ya da diplomatik yola keçmək.
Moskvada isə Şoyqunun dövlət çevrilişi edə biləcəyi təhlükəsi ətrafında düşünürlər… Bu barədə CNN beynəlxalq hesabata istinadla ətraflı yazıb.
A.Məmmədli