Əsas məzmuna keç

Ukrayna dronları Rusiya aeroportlarını iflic etdi-TƏCİLİ

Ötən gecə Ukrayna ordusu “Cənubi Rusiya Aeronaviqasiyası” filialının inzibati binasına dron zərbəsi endirib. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. Hücum nəticəsində Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb. “Həştərxan, Vladikavkaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista aeroportlarının fəaliyyəti müvəqqəti dayandırılıb”, – məlumatda deyilir. Bildirilib ki, hazırda mütəxəssislər avadanlıqların işlək vəziyyətini qiymətləndirir və uçuş cədvəllərində düzəlişlər aparırlar.

Müharibə isə davam edir…

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…