14 Avqust 2025 / 07:16

Ukrayna dronları Rusiyanın neftayırma zavodunu dağıtdı

Ötən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Volqoqrad şəhərinə hücum edib, nəticədə “Lukoil-Volqoqradneftepererabotka” neft emalı zavodunun ərazisində yanğın baş verib. Tezadlar.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib. Sitat:  “Volqoqrad vilayətindəki neft emalı zavodunda yanğın və neft məhsullarının sızması PUA hücumundan sonra qalıqların düşməsi səbəbindən baş verib”. Hücum səbəbindən “Rosaviasiya” yerli hava limanını müvəqqəti olaraq bağlanıb.

“Lukoil-Volqoqradneftepererabotka” zavodu Rusiyanın Cənub federal dairəsində neft məhsullarının ən böyük istehsalçısıdır, müəssisənin illik gücü 14,8 milyon tondur.

Rusiya Müdafiə Nazirliyi isə bunun cavabsız qalmayacağını bildirib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!