…Artıq dünyanın hərbi mütəxəssisləri etiraf edirlər ki, ən yüksək hərbi bilik olsa belə, müharibədə tankla, qırıcı və raketlərlə deyil, dronla qalib gəlinir. Bu canlı qüvvələrin itkisini minimuma endirir…
***
Ukrayna isə sübut edir ki, dünya dronlaşmalıdır və ilk növbədə bu dronlaşma Rusiyanın başında çatlamalıdır. Putin isə sübut etdi ki, Ukrayna bu sahədə liderdir. Budur, Ukraynada dron istehsalı sahəsində inanılmaz rəqəmlər ortadadır. Tezadlar.az təqdim edir:
– 2022-ci ildə 1000-1500 dron;
– 2023-cü ildə 200-400 min dron;
– 2024-cü ildə 1.7 milyon dron(orta rəqəm);
-2025-ci ildə 2.5-3.5 milyon dron;
– 2026-cı ildə 7 milyon dronun istehsal olunacağı proqnzolaşdırılır. 7 milyon dronu istehsal edən kompleks lazımdır, bunu da Zelenskinin komandası bacarıb…
Beləliklə, reallıq budur ki, Ukrayna dünya miqyasında hərbi gücə çevrilir və Rusiya bu gücün qarşısında olduqca zəif görünür!
A.Məmmədli