17 Noyabr 2025 / 16:12

Ukrayna Fransadan “Rafale” qırıcıları və SAMP/T HHM sistemləri alır

Gözlənildiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronla ölkəsinin müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş strateji razılaşma imzalayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu səfərdə imzalanan sənədlər Fransanın Ukraynaya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və raket tədarükünü əhatə edir. Məlumata görə, razılaşma çərçivəsində Ukraynaya “Rafale” döyüş təyyarələri və ballistik raketləri məhv etmək qabiliyyətinə malik SAMP/T hava hücumundan müdafiə sistemi veriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!