16 Yanvar 2023 / 09:13

UKRAYNA HƏRBÇİLƏRİ ABŞ-DA “PATRİOT” ÜZRƏ TƏLİM KEÇƏCƏK

Ukrayna Silahlı Qüvvələrinin (USQ) yüz hərbçisi olan təyyarə Oklahoma “Patriot” zenit-raket kompleksləri üzrə təlim keçmək üçün gəlib.

Tezadlar.az xəbər verir ki, Ukrayna hərbçilərinin ABŞ-a gəlişini Fox News telekanalının jurnalisti Liz Friden Twitter səhifəsində bildirib.

“Videoda 90-100 Ukrayna əsgərinin olduğu təyyarənin Fort Sill regional hava limanına endiyi və bu həftə Oklahoma ştatındakı Fort Sill bazasında “Patriot” hava hücumundan müdafiə sistemləri üzrə təlimlərə başlayacağı göstərilir”, – o, məlumatında ​​bildirib.

Daha əvvəl Pentaqonun sözçüsü Patrik Rayder bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin “Patriot” zenit-raket kompleksi üzərində işləyəcək mütəxəssisləri bu il yanvarın 16-dan etibarən təlimlərə başlayacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!