Əsas məzmuna keç

UKRAYNA HƏRBİ KƏŞFİYYATÇILARI ƏSİR GÖTÜRÜLÜB

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin iki zabiti Andreevski istiqamətində əsir götürülüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib.

“Baş Kəşfiyyat İdarəsinin iki əməkdaşı Andreevski istiqamətində əsir götürülüb. Tezliklə onların dindirilməsinin videoyazısı gözlənilir”, – o, Telegram kanalında yazıb.

Stremousovun sözlərinə görə, Borozenskoe kəndi ərazisində Ukrayna qüvvələrinə hücum cəhdinin də qarşısı alınıb və zirehli texnikanın itirildiyi bildirilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…