Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində iki dəfə Rusiyanın enerji infrastruktur obyektlərinə hücum edərək Zaporojye və Belqorod vilayətlərindəki yarımstansiyalara zərbələr endirib. Nəticədə, məişət abonentlərinin elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Martın 31-də saat 10:08-də Zaporojye vilayətində Ukraynaya məxsus PUA-nın (ən azı dörd sursat) Novoqoryevkada (“Tavria-Enerqo” Dövlət Unitar Müəssisəsi) 35 kV-luq elektrik yarımstansiyasına hücumu nəticəsində, həmçinin, 1-ci məhəllə 13-cü məhəllədə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Belqorod vilayətində Ukraynaya məxsus PUA-nın Smorodino qəsəbəsindəki komplekt transformator yarımstansiyasına hücumu nəticəsində Qrayvoronski rayonunun 1,2 mindən çox məişət istehlakçısının elektrik enerjisi təchizatı dayandırılaraq 10 kV-luq yüksək gərginlikli xətt kəsilib”, – idarədən bildirilib.
ELBAR