Əsas məzmuna keç

Ukrayna Krım körpüsünə hücum etdi

Rusiya tərəfindən ilhaq edilən Krım administrasiyasının özünü rəhbəri elan edən Sergey Aksyonov Ukrayna ordusunun Krım körpüsünə hücum etdiyini bildirib.

Tezadlar.az xəbər verir ki, Aksyonov sosial media paylaşımında Ukrayna ordusunun Krım Körpüsünə hücum etdiyini bildirib.

O, hücum səbəbindən körpüdə nəqliyyatın məhdudlaşdırıldığını və təcili yardım xidmətlərinin hadisə yerində işlədiyini qeyd edib.

Ukrayna ordusu həmçinin 2022 və 2023-cü illərdə Krım Körpüsünə hücum etmişdi.

“Kerç Körpüsü” kimi də tanınan körpü 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krımı Rusiya ərazisi ilə birləşdirir və strateji əhəmiyyətə malikdir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…