Əsas məzmuna keç

UKRAYNA MİLLİ QVARDİYASININ 501 HƏRBÇİSİ HƏLAK OLUB

“Rusiyaya qarşı genişmiqyaslı müharibədə Ukrayna Milli Qvardiyasının 501 hərbçisi həlak olub, 1697-i isə yaralanıb”.

UNIAN xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyası Baş İdarəsi əməliyyat qərargahının rəisi Aleksey Nadtoçi bildirib.

Onun sözlərinə görə, milli qvardiyanın döyüşçüləri Donetsk, Slobojansk, Cənubi Buq və Tavriyanın rayonlarının şərq hissəsinin müdafiəsində iştirak edirlər.

Bildirib ki, bundan başqa qvardiyaçılar Belarusla dövlət sərhədinin qorunmasını reallaşdırır.

Qeyd edək ki, Ukrayna Milli Qvardiyasının itkilərinin sayı ilk dəfədir açıqlanır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…