Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna Müdafiə Nazirliyi Rusiyanın nüvə silahından istifadə edə biləcəyini proqnozlaşdırmır.
“Ukranews.com” saytının xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksanr Motuzyanik keçirdiyi brifinqdə deyib: “Nüvə silahları Rusiyanın sonuncu üstünlüyüdür. Hələlik biz Rusiyanın bu silahlardan istifadə edə biləcəyinə dair heç bir əlamət görmürük. Kəşfiyyatımızda belə bir məlumat yoxdur”.
Aleksanr Motuzyanik əlavə edib ki, Ukraynanın məlumat mübadiləsi etdiyi xarici tərəfdaşları və xarici kəşfiyyat təşkilatları da bu məlumatı hələki təsdiqləməyib.
Bununla belə, o, vurğulayıb ki, Ukrayna bu cür neqativ presedentlər də daxil olmaqla vəziyyətin istənilən inkişafına hazır olmalıdır.