Ukrayna müharibədə 46 min hərbçi və mülki insanlarını itirib

Oxunma sayı: 131

Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsi hər iki tərəfin böyük itkiləri ilə nəticələnib. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin tammiqyaslı müharibə zamanı qeydə alınan itkiləri bir neçə onminlərlə, yaralılar isə bir neçə yüz mindir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdə nə qədər dinc sakini öldürdüyünü bilmir. xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində məlumat verib. “Biz itkilər qeydə almışıq: 46 min hərbçi ölüb. Onminlərlə hərbçi döyüşdə və ya əsirlikdə itkin düşüb. Bunu dəqiq bilmək mümkün deyil, çünki itkin düşənlər ölmüş və ya əsirlikdə ola bilər və bunlar onminlərlədir, bu doğrudur”, – deyə Zelenski bildirib.

Bundan əlavə, 350 min əsgər yaralanıb, Rusiya 19.500 uşağı deportasiya edib. Eyni zamanda, Ukrayna işğal zamanı nə qədər insanın öldüyünü bilmir, çünki yaşayış məntəqələri işğal edildikdən sonra yarım min cəsədin olduğu qəbirlər tapılıb.

Bəs Rusiyanın itkiləri nə qədərdir? Zelenski əlavə edib ki, Rusiyanın itkiləri daha çoxdur…

A.Məmmədli

Xəbəri paylaş