Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) müharibədən sonrakı prezident seçkilərinin təşkili və keçirilməsinin xüsusiyyətlərinin qanunvericilik tənzimlənməsi təkliflərini təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə komissiyanın saytında bildirilir.
Məlumdur ki, 2022-ci ildən bəri MSK müharibədən sonrakı seçkilərin təşkili zamanı yarana biləcək potensial riskləri və problemli məsələləri müəyyən etmək üzərində işləyir. İlk tədbirlər paketi həmin ilin sentyabr ayında hazırlanıb.
Sənəddə bildirilir ki, Ukraynada hərbi vəziyyətin tətbiqi səbəbindən keçirilməyən prezident və parlament seçkilərinin düzgün təşkili və keçirilməsi ilə bağlı qanun layihəsinin hazırlanmasında yeni təkliflər nəzərdən keçirilə bilər.
Bundan əlavə, MSK sədri Oleq Didenko qeyd edib ki, hazırlanmış təkliflər vətəndaş cəmiyyəti və bütün müvafiq dövlət qurumlarını cəlb edən parlament səviyyəsində mənalı dialoq üçün əsas təşkil etməli və Ukraynanın Avropaya inteqrasiya öhdəliklərinin yerinə yetirilməsinə töhfə verməlidir.
E.ŞİRİNOV

