Əsas məzmuna keç

Ukrayna müharibəsinin günahkarı tapıldı: Bayden!

Rusiyanın Ukraynadakı dağıdıcı və ədalətsiz müharibəsində indi sülh yolundan daha çox günahkar axtarılır. Necə deyərlər, bu günahkar isə Rusiyada deyil, başqa yerdə axtarılır… Tezadlar.az “Ria Novosti”yə istinadla xatırladır ki,  “ABŞ-ın sabiq prezidenti Co Baydenin administrasiyası və bəzi Avropa rəsmilərinin atdığı addımlar Ukraynadakı münaqişənin sülh yolu ilə həllini çətinləşdirib”, – kimi açıqlamanı isə Macaristanın xarici işlər naziri Peter Siyyarto deyib. Sitat:  “Əgər Bayden administrasiyası bu müharibə yönümlü addımları atmasaydı, sülhün bərqərar olunması daha asan olardı… Və əgər bəzi Avropa siyasətçiləri sülhə doğru atılan addımları pozmasaydılar, bu da sülhün təminini asanlaşdırardı”.

Belə çıxır ki, Bayden dar ağacından asılsa bu müharibə dayandırılacaq, yaralar sağalacaq, ölənlər və dağıdılanlar geri qaytarılacaq?!

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…