Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Fevral 2026 / 08:21

Ukrayna nümayəndə heyəti Cenevrədə Putinlə görüşə bilər…

Rusiya- ABŞ- Ukrayna danışıqlarının davam etdiyi bir vaxtda Ukrayna Prezidenti Volodimir Zelenski komandasına Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil etməyi tapşırıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, məlumata görə Zelenski ərazi məsələsində irəliləyiş əldə etməyin ən yaxşı yolunun Putinlə üz-üzə görüşmək olduğu fikrindədir. Zelenskinin qoşunların geri çəkilməsi məsələsini müzakirə etməyə hazır olduğu bildirilir. Lakin o, Moskvanı qoşunları eyni məsafədə geri çəkməyə çağıraraq Rusiyanın zona üzərində suverenlik iddialarını rədd edib. Prezident həmçinin Ukraynada seçkilərin keçirilməsi ilə bağlı da fikirlərini açıqlayıb. O, seçkilərin qeyri-sabit atəşkəs dövründə keçirilə biləcəyini bildirərək bu posta namizədliyini irəli sürmək ehtimalını da açıq saxlayıb. “Bilmək istəyirik ki, görək Putin konkret nə istəyir… Təbii ki, sonda hər şey xalqdan asılı olacaq…”.

Ukrayna cəbhəsində isə müharibə davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!