Əsas məzmuna keç

UKRAYNA ODESSA LİMANINDA AVADANLIQLARIN ZƏDƏLƏNDİYİNİ BİLDİRİB

Odessa limanlarından birində partlayışlar nəticəsində sənaye avadanlıqları zədələnib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

“Yük terminallarından birinin istehsal avadanlığı zədələnib”, – məlumatda deyilir.

Bundan başqa, partlayış limandakı inzibati binada da qeydə alınıb. Əməliyyat komandanlığı dəqiqləşdirməyib ki, söhbət hansı liman infrastrukturundan gedir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…