Əsas məzmuna keç

UKRAYNA ORDUSU BAXMUTA DOĞRU İKİ İSTİQAMƏTDƏ İRƏLİLƏYİR

Ukrayna müdafiə nazirinin müavini Anna Maliar bildirib ki, hazırda Ukrayna ordusu Baxmut ətrafında iki istiqamətdə irəliləyir.

Tezadlar.az CNN-Türkə istinadla xəbər verir ki, o bu barədə sosial media hesabında qeyd edib. Nazir müavininin sözlərinə görə, artıq əsir götürülən rus əsgərləri də var: “Döyüş əməliyyatlarının episentrində vəziyyət dinamik inkişaf edir. Baxmut ətrafında əsgərlərimiz yavaş-yavaş iki istiqamətdə irəliləyirlər. Hazırda aktiv döyüş əməliyyatları getdiyindən dəqiq rəqəmlər verilməyəcək. Bizimkilər düşməni məhv edir və artıq çoxlu əsir götürüblər. Hazırda şəhərin özündə vəziyyət daha mürəkkəbdir. Lakin rəhbərliyin düzgün planlaşdırılması və döyüşçülərimizin şücaəti sayəsində düşmən şəhərə nəzarəti ələ keçirə bilmir”.

Şiddətli döyüşlər davam edir.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…