Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında maraqlı çıxış yayımlayıb. O bildirib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya ərazisində fəallığını qoruyub saxlayır və bu fəallıq Rusiya hərbçilərinə Ukraynanın Sumı və Xarkov vilayətlərinə daxil olmağa imkan vermir. Prezident Rusiyanın Kursk vilayətində və cənub istiqamətlərində olan Ukrayna bölmələrinə “dözümlülüyə” görə təşəkkür edib.
Tezadlar.az qeyd edir ki, Zelenskinin xatırlatdığı ərazilərdə şiddətli döyüşlər davam edir. Baxmayaraq ki, bunlar ABŞ prezidentinin sülh və barış təklifinin müzakirə edildiyi bir vaxtda baş verir.
A.Məmmədli