Əsas məzmuna keç

UKRAYNA ORDUSU XARKOV İSTİQAMƏTİNDƏ ƏKS-HÜCUMA KEÇİB

“İzyum istiqaməti regionda hələ də ən qaynar nöqtə olaraq qalır, lakin Ukrayna Silahlı Qüvvələri orada əks-hücuma keçib və uğurlar əldə edib”.

“Ukranews.com” xəbər verir ki, bu barədə məlumatı Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov “Facebook” hesabında paylaşıb.

“İzyum istiqaməti ən qaynar nöqtə olaraq qalır. Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başlayıb, düşmən bəzi istiqamətlərdə geri çəkilir. Bu, Silahlı Qüvvələrimizin əzminin nəticəsidir. Biz qalib gələcəyik”, – deyə Sinequbov bildirib.

Qeyd edək ki, Ukrayna rəsmiləri vətəndaşları minalar səbəbi ilə azad edilmiş kəndlərə qayıtmamağa çağırıb. Məlumata görə, Rusiya qüvvələri ötən gün ərzində Xarkovu atəşə tutmayıb və diqqətini əsasən cəbhədəki əməliyyatlara cəmləyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…