Əsas məzmuna keç

UKRAYNA PREZİDENTİ MOLDOVADAKI SƏFİRİNİ İŞDƏN ÇIXARIB

Ukrayna prezidenti Vladimir Zelenski Mark Şevçenkonu ölkənin Moldovadakı səfiri vəzifəsindən azad edib.

Tezadlar.az xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc olunub.

“Mark Aleksandroviç Şevçenko Ukraynanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – sənəddə deyilir.

İşdən çıxarılma səbəbləri açıqlanmır. Moldovaya yeni səfirin təyin edilməsi ilə bağlı fərman hələ dərc edilməyib.

Şevçenko bu vəzifəni 2019-cu ildən icra edirdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…