Əsas məzmuna keç

UKRAYNA PUA-LARI RUSİYAYA HÜCUM EDIB: DAĞINTI VAR

Ötən gecə Ukrayna ordusu işğal altındakı Krım yarımadasına və Rusiyanın daha 4 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, PUA-lar zərərsizləşdirilib. Ukrayna Müdafiə Nazirliyi isə qeyd edir ki, Krım səmasında 11, Belqorodda 5, Bryanskda 3, Kaluqa və Tula vilayətlərinin hər birində isə bir necə PUA hücum edib, dağıntılar var.

Bu hücumlar Rusiyanın son günlər Ukrayna ərazilərinə intensiv raket zərbələrinə cavab kimidir. 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…