Əsas məzmuna keç

Ukrayna PUA-sı içərisində iki qadının olduğu avtomobili partladıb

Belqorod vilayətinin Şebekino şəhərində dinc sakin Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz təyyarəsinin hücumunun qurbanı olub.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya sərhəd vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram-da məlumat verib.

Onun sözlərinə görə, dron içərisində iki qadının olduğu minik avtomobilini vurub. Partlayış nəticəsində onlardan biri ölümcül xəsarətlər alıb. Qladkov onun ailəsinə və yaxınlarına başsağlığı verib.

Maşında olan ikinci rusiyalı qadın son dərəcə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

“Qurbanın açıq kəllə-beyin travması, baş, boyun, döş qəfəsi, qolları və ayaqlarında çoxsaylı qəlpə yaraları var. Həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni edirlər”, – qubernator yazıb.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…