Əsas məzmuna keç

UKRAYNA QÜVVƏLƏRİNİN BAZASI MƏHV EDİLİB

Artemovsk yaxınlığındakı Ukrayna qüvvələrinin bazası Rusiya artilleriyasının və Aerokosmik Qüvvələrinin hücumları nəticəsində məhv edilib.

Bu barədə mətbuata Donetsk Xalq Respublikasının (DXR) rəhbərinin müşaviri Yan Qaqin bildirib.

“Keçən həftəsonu Artyomovsk istiqamətində artilleriya və aerokosmik qüvvələrimizin dəqiq zərbələri Ukrayna ordusunun bazasını məhv edib, burada təkcə şəxsi heyət deyil, həm də texnika məhv edilib”, – Qaqin bildirib.

O, dəqiqləşdirib ki, məhv edilən nümunələr arasında M777 haubitsa, MLRS, piyadaların döyüş maşınları və təkərli maşınlar var.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…