…Müharibənin dördüncü ilində Ukrayna nəhayət ki Rusiya Federasiasının həqiqətən ən zəif yerini tapıb təsirli zərbə endirdi.
Bu zəif damar RF-nin “Аэрофлот” başda olmaqla mülki hava nəqliyyatıdır.
Rusianın Avropa hissəsində Ukrayna dronlarının kütləvi hücumu nəticəsində bu gün az qala bütün aviareyslər iflic olub. Aeroportlarda xaos yaşanır. Uçuşlar ya ləğv olunub, ya da 8-10 saat gecikir. Minlərlə sərnişin mənzil başına çata bilməyərək hava limanlarında yığılıb qalıb.
Rus və ukraynalı blogerlər bu mövzuda yazır və şəkil paylaşırlar. Statusumu əsasında yazdığım konkret bu mətnin müəllifi “@kazansky2017” adlı blogerdir. Mən ukrayna tərəfini mülki sərnişin təyyarələrinə hücuma və vurulmasına görə qınamaq istəmirəm və bilmərəm, Rusiya ordusu bu müharibədə bu sayaq hərbi cinayəti dəfələrlə edib, edir və bu artıq norma sayılır. Daha nüvə silahıyla hədələməni demirəm. Amma Ukrayna ordusu sərnişin təyyarələrini vuracaqsa, belə əməliyyatları necə əsaslandıracaq?
Sualım bizim hüquqşünaslaradır.
Başlıcası da odur ki, bu iflici yaratmaq üçün heç nəyi bombalamaq da gərək deyil. Ukrayna dronları sadəcə mərkəzi az-çox böyük şəhərin hava limanı olan böyük dairəvi traektorialar üzərindən uçur, bir növ hava limanının başına fırlanırlar. Aeroportların işini dayandırmaq üçün bəs edir…
Rusiya isə Ukraynaya bu sayaq simmetrik cavab zərbəsi vura bilmir. Ən azı ona görə ki bu məsələdə Ukraynanın itirəcəyi nəsə qalmayıb 2022-dən bəri. Ukraynada bütün mülki aeroportlar üç ildir bağlanıb.
Rusiyada isə, sərhəd bölgələrini çıxmaqla, hava nəqliyyatı indiyəcən işləyir və normal fəaliyyət göstərirdi.
Son sutka ərzində bu vəziyyət birdən-birə dəyişdi. Yeni dövr başlayır.
2022-ci ildə ukraynalıların nə çəkdiyini RF vətəndaşları yalnız indi dərindən duymağa başlayıb. Hava nəqliyyatı pozulub, ya tam iflic olub. Ən önəmlisi də Moskva kimi baş nəqliyyat qovşağında da bu problem yaşanır.
Rus bloqerləri artıq həyəcan təbili çalır. Yazırlar ki, bu cür nəhəng ölkədə hava nəqliyyatının çökməsi dezintegrasia və hətta “feodallaşma” ilə nəticələnə bilər. Rusiya kimi nəhəng ölkə üçün daxili hava yolları çox önəmlidir – nəhəng məsafələr səbəbindən. Bəzi bölgələrdən Moskvaya qatarla və ya avtomobillə çatmaq 3-4 gün çəkir. Belə yerdə yeganə real seçim təyyarədir. Əgər bu imkan da sıradan çıxsa, uzaq bölgələrlə Moskva arasında əlaqə əslində dayanacaq.
Mayın 7-də “Aeroflot” Moskvadan uçan 50-dən çox və Moskvaya gələn 50-dən çox reysi ləğv edib. Bunu “İnterfaks” xəbər verir. Bütövlükdə 100-dən artıq reys gecikib. Söhbət “Aeroflot”un Şeremetyevodan həyata keçirdiyi və “Rossia” aviaşirkətinin Vnukovodan çıxan reyslərindən gedir.
Ukraynalı bloger @kazansky2017 yazır ki, “USQ niyə bunu çoxdan etmirdi, bu kozırı (kozır – türk sözüdür. qeydim) niyə istifadə etmirdi, bilmirəm. Amma indi bir şey aydındır: Rusiyanı çox ağrılı və zəif bir zəif yeri tapılıb.
Məlumat virtual dostum Ramin Khanın divarından götürülüb. Mətnin müəllifi “@kazansky2017” adlı blogerdir.
Şəkildə – RF hava limanlarının birində ilişib qalan, reysini gözləyən sərnişinlər.
Çingiz SULTANSOY