Əsas məzmuna keç

Ukrayna: Rusiya hava hücumları nəticəsində 8 nəfər ölüb

İlkin məlumatlara görə, Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrində raket və dronlardan istifadə edərək həyata keçirdiyi hava hücumlarında 8 nəfər ölüb, 27 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial mediada gecə və səhər tezdən şəhərə hava hücumlarının həyata keçirildiyini bildirib.

Kliçko şəhərin müxtəlif rayonlarında infrastrukturun zədələndiyini və ilkin məlumatlara görə, hücumda 2 nəfərin öldüyünü bildirib.

Bu arada, bəzi Ukrayna sosial media hesablarında dərc olunan görüntülərə görə, paytaxtda bir çox insan təhlükəsizlik səbəbi ilə Kiyev metro stansiyalarında gecələyib.

Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Dyakivçin sosial mediada bölgədəki Kremençuk şəhərinə edilən hücumda ən azı 2 nəfərin öldüyünü və 7 nəfərin yaralandığını bildirib.

Çerniqov Regional Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus da yazılı açıqlamasında bölgədəki Priluki şəhərinə raket hücumu həyata keçirildiyini bildirib.

Ukrayna Dövlət Təcili Yardım Xidmətləri (DSNS) ilkin məlumatlara görə, Prilukidə 4 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.

44 raket və 117 PUA zərərsizləşdirilib

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı yazılı açıqlamada Rusiya ordusunun həyata keçirdiyi hava zərbələri barədə də məlumat verilib.

Məlumatda Rusiyanın gecə və səhər tezdən ballistik raketlər də daxil olmaqla müxtəlif növ raketlər və PUA-larla hücumlar həyata keçirdiyi bildirilib.

Məlumatda Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 44 raket və 117 PUA-nın zərərsizləşdirildiyi və ölkənin müxtəlif bölgələrini hədəf alan hava zərbələrinin davam etdiyi bildirilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…