Ukrayna döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğramamaq üçün yaxın vaxtlarda Rusiya ilə sülh razılaşması əldə etməlidir.
Tezadlar.az xəbər verir ki, bu fikri Amerikanın “The American Conservative” jurnalının köşə yazarı Ted Snayder deyib.
Onun fikrincə, Ukraynadakı hərbi əməliyyatlar “qaçılmaz nəticəsinə yaxınlaşır”. Belə olan halda, Rusiya istənilən halda qalib gələcək, Ukrayna isə ərazisinin bir hissəsini itirəcək.
Amerikalı köşə yazarı yazır: “Belə bir vəziyyətdə Kiyev sarsıdıcı məğlubiyyət gözləməkdənsə, saziş bağlamaq üçün hər cür həvəsə malikdir”.
Snayder qeyd edib ki, Ukraynanın gələcək təhlükəsizliyinin ən mühüm təminatı Kiyev və NATO-nun Ukraynanın neytral qalacağına və heç vaxt alyansa qoşulmayacağına dair etibarlı öhdəlik götürməsidir.
Materialın müəllifi onu da vurğulayıb ki, “Əgər Vaşinqton və NATO 2021-ci ilin dekabrında Moskvanın onlara təqdim etdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara hazır olsaydılar, Rusiya hərbi əməliyyatlara başlamazdı”.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Moskvanın İstanbul platformasında Kiyevlə başlayan danışıqları davam etdirməyə hazır olduğunu dəfələrlə vurğulamışdı. Rusiya tərəfi digər məsələlərlə yanaşı, nümayəndə heyətlərinin səviyyəsini yüksəltməyə hazır olduğunu bildirib.
E.ŞİRİNOV

