Əsas məzmuna keç

Ukrayna: Rusiya ordusunun hücumları nəticəsində 5 nəfər ölüb, 56 nəfər yaralanıb

Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə hava hücumlarında 5 mülki şəxsin öldüyü və 56 nəfərin yaralandığı bildirilib.

Tezadlar.az xəbər verir ki, Ukrayna Dövlət Təcili Yardım Xidmətlərinin (DSNS) sosial media hesabında yayımlanan açıqlamada Rusiya ordusunun dünən gecədən bəri ölkəyə hava hücumları həyata keçirdiyi bildirilib.

Açıqlamada paytaxt Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif bölgələrinin hücumların hədəfi olduğu bildirilib.

Açıqlamada hücumlar nəticəsində 4 nəfərin öldüyü və 35 nəfərin yaralandığı bildirilib.

Kiyev meri Vitali Kliçko da sosial media hesabında Rusiyanın dünən gecə paytaxta hücumunda 1 nəfərin öldüyünü və 21 nəfərin yaralandığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının açıqlamasında həmçinin Rusiyanın ölkəyə hücumlarında istifadə etdiyi müxtəlif tipli 186 pilotsuz uçuş aparatından (PUA) 150-nin məhv edildiyi bildirilib.

Açıqlamada Rusiya ordusunun bu hücumlarda raketlərdən də istifadə etdiyi və Ukraynanın müxtəlif bölgələrinə hava hücumlarının davam etdiyi qeyd edilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…