Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna üzrə üçtərəfli danışıqlar “Inter Continental” mehmanxanasında keçirilir. Danışıqların iki gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub.
Cenevrədə isə daha geniş mövzularda danışıq aparılması planlaşdırılır. Xüsusilə ərazi məsələsi danışıqların əsas mövzularından biri olacaq.