Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın hücum dronları dekabrın 21-dən 22-nə keçən gecə Rusiyanın Krasnodar diyarı ərazisində “Tamannefteqaz” dəniz neft terminalına hücum edib. Tezadlar.az xəbər verir ki, “Ukrainskaya pravda” Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb. Məlumata görə, endirilən zərbələr nəticəsində neft terminalı avadanlıqları, mayeləşdirilmiş qaz terminalı və liman infrastrukturu zədələnib, nəticədə genişmiqyaslı yanğın baş verib. Ukrayna Baş Qərargahından bildirilib ki, partlayışlar nəticəsində boru kəmərləri, iki körpü və iki gəmi zədələnib. Yanğın 1 min kv.m sahəni əhatə edib. Bundan əlavə, rezervuar parkı ərazisində yanğın baş verib. Həmçinin Ukrayna istehsalı olan raket vasitəsilə Yelenovkada (Donetsk vilayəti) 92-ci çay katerləri briqadasının üzən vasitələrinin müvəqqəti bazası vurulub. Nəticədə yanğın başlayıb. Bundan başqa, Ulan-Udedə motoatıcı alayın sursat anbarı da məhv edilib.
Rusiya ordusu isə ərazidəki çayı keçərək Ukraynaya yeni hücum planı hazırlasa da, bu baş tutmayıb.