2 Sentyabr 2025 / 12:02

Ukrayna ŞƏT sammitində bir qərarla təəccübləndi

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin yekun kommünikedə Ukraynanın adının yer almaması qərarı Kiyevi təəccübləndirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) ölkənin Xarici İşlər Nazirliyinin reaksiyasını yazıb.

“Ukrayna Xarici İşlər Nazirliyi öz bəyanatında sammitin yekun kommünikesində “İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük təcavüzkar müharibə”nin qeyd olunmamasını “təəccüblü” adlandırıb”, – qəzet yazır.

Dünyada bir çox müharibə və terror aktlarına istinad edilməsinə baxmayaraq, kommunike mətnində buna rast gəlinmədiyi vurğulanır.

ŞƏT sammitində Çin sədri Si Cinpin Rusiya və Çini İkinci Dünya Müharibəsində əsas qalib dövlətlər adlandırıb. Tədbir bu qlobal münaqişənin başa çatmasının 80 illiyinə həsr olunub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!