Əsas məzmuna keç

UKRAYNA SİLAHLI QÜVVƏLƏRİ KURSK VİLAYƏTİNƏ PİLOTSUZ TƏYYARƏLƏR VƏ RAKETLƏ HÜCUM EDİB

Kursk vilayəti üzərində bir raket və üç pilotsuz uçuş aparatı (PUA) vurulub.

Tezadlar.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) növbəti hücumu ilə bağlı təfərrüatları Rusiya vilayətinin qubernatoru Aleksey Smirnov öz Telegram kanalında verib.

“Bir Ukrayna raketi və üç təyyarə tipli PUA bizim hava hücumundan müdafiə qırıcıları tərəfindən vurulub”, – deyə rəsmi yazıb.

Rayon rəhbəri həmçinin hava hücumundan müdafiə bölmələrindən olan hərbi qulluqçulara təşəkkür edib, sakinlərə hərbi mərmi qalıqlarına yaxınlaşmamağı tövsiyə edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…